İstanbul Hava Limanı mükafatlandırılıb.
Bakıvaxtı.az bildirir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, İstanbul Hava Limanı “40 milyondan çox sərnişinə xidmət göstərən hava limanları” kateqoriyasında Avropa Beynəlxalq Hava Limanları Şurası tərəfindən “Avropanın ən yaxşı hava limanı” mükafatına layiq görülüb.
Sözügedən mükafat İstanbulda keçirilən 34-cü Avropa Hava Limanları Şurasının İllik Ümumi Konqresində İstanbul Hava Limanının Baş İcraçı Direktoru Səlahəddin Bilgenə sözügedən təşkilatın Avropa üzrə Baş direktoru Olivier Yankoviç tərəfindən təqdim edilib.
Əli Hüseynov