• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

UEFA türkiyəli futbolçunu cəzalandırdı

İDMAN

05 Iyul 2024 | 14:44

UEFA türkiyəli futbolçunu cəzalandırdı

UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

Qurum 26 yaşlı müdafiəçini 2 oyunluq diskvalifikasiya edib. Türkiyə Futbol Federasiyası məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. "Ay-ulduzlular" iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.


SON XƏBƏRLƏR