• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Terrorçuluqda şübhəli bilinən şəxslər saxlanıldı

DÜNYA

08 Iyul 2024 | 16:02

Terrorçuluqda şübhəli bilinən şəxslər saxlanıldı

Moldovada terrorçuluqda şübhəli bilinən gürcülər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ Ziarul de Gardă ” nəşri məlumat yayıb.

Məlumata görə, Kişinyov hava limanında təhlükəsizlik orqanları İnterpol tərəfindən terrorçuluqda şübhəli bilinən iki Gürcüstan vətəndaşını saxlayıb.

Belə ki, ABŞ hüquq-mühafizə orqanları daha əvvəl terrorizmə görə saxlanılanlardan birinin həbsinə order vermişdi.

Bildirilib ki, o, cinayət ortağı ilə birlikdə həbs edilib.

Qeyd olunub ki, axtarış zamanı şübhəlilərin üzərində ixtisaslaşdırılmış təlim mərkəzlərində təlim keçdiklərini təsdiq edən sənədlər və terror məzmunlu videomateriallar aşkar edilib.

İnterpol xətti ilə axtarışda olan Gürcüstan vətəndaşı təcridxanaya salınıb. Onun şəriki Moldova ərazisində arzuolunmaz şəxs kimi tanınaraq deportasiya edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Oktyabr 2024