• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Yeniyetmə qızlar hicaba görə polislər tərəfindən qəddarlıqla döyüldülər - VİDEO

DÜNYA

07 Avqust 2024 | 15:12

Yeniyetmə qızlar hicaba görə polislər tərəfindən qəddarlıqla döyüldülər - VİDEO

İranda yeniyetmə qızlar hicaba görə polislər tərəfindən şiddətə məruz qalıblar.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, hadisə Tehranın şimali Vətənpur küçəsində baş verib.

Baş verənlər küçədəki nəzarət kameraları tərəfindən qeydə alınıb. Kadrlarda 14 yaşlarında olan iki qızın hicaba görə əxlaq polisləri tərəfindən qəddarlıqla döyülməsi və maşına mindirilməsi əks olunub.

Qızlardan birinin anası Məryəm Abbasinin sözlərinə görə, həbs olunarkən qızının başı elektrik dirəyinə çırpılıb, həmçinin polis maşınına mindiriləndə orada zorakılığa məruz qalıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026