• Bakı 24° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Banqladeş və Hindistan arasında ticarət dayandırıldı

DÜNYA

07 Avqust 2024 | 15:22

Banqladeş və Hindistan arasında ticarət dayandırıldı

Banqladeşin Baş naziri Şeyx Həsinənin istefasından sonra yaranmış siyasi böhran fonunda Hindistan və Banqladeş arasında ticarət tamamilə dayandırılıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) prezidenti Aşvani Kumar deyib.

"Avqustun 5-dən etibarən ticarət tamamilə dayandırılıb", - o bildirib.

Eyni zamanda A.Kumar qeyd edib ki, Banqladeşdəki tərəfdaşlar bir həftə ərzində əməliyyatların bərpa olunacağına ümid edirlər.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024