• Bakı 23° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Rusiyanın hücumu gecikib - BUDANOV

DÜNYA

07 Avqust 2024 | 14:54

Rusiyanın hücumu gecikib - BUDANOV

Rusiyanın hücumu gecikib və 1.5-2 aya səngiyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Bununla belə, o əlavə edib ki, qısa fasilədən sonra yenidən irəliləmək üçün yeni cəhdlər olacaq, lakin sonrakı vəziyyət Ukrayna tərəfdən də asılı olacaq: "Yoxsa biz oturub gözləyəcəyik, 4-5 ay keçəcək və hər şey yenidən olacaq".

Kəşfiyyat rəhbərinin müharibədə qələbəni necə gördüyünü soruşduqda o qeyd edib ki, bu, ərazi bütövlüyünün tam bərpası və 1991-ci il sərhədlərinə çıxışdır.

Budanov əlavə edib ki, Ukrayna müharibə məsələsini birləşmiş şəkildə həll edəcək: hərbi güc, açıq və gizli diplomatiyanın təzyiqi və bəzi digər amillər.


SON XƏBƏRLƏR