Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibə başlayandan bəri Ukraynaya ümumilikdə 108 milyard avro məbləğində maliyyə, humanitar və hərbi dəstək verib.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadən edərək xəbər verir.
Bildirilib ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen "X" sosial media hesabında Aİ və üzv ölkələrin müharibə başlayandan bəri Ukraynaya verdiyi dəstək haqqında yazı paylaşıb.
Von der Leyen Ukraynanın müharibədən zəfərlə çıxacağını ifadə edərək Aİ-nin lazım olduğu müddətdə Ukrayna və xalqının yanında olmağa davam edəcəyini bildirib.
Əli Hüseynov