• Bakı 22° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Qəzza şəhərində sakinlərə evakuasiya əmri verildi

DÜNYA

08 Iyul 2024 | 15:54

Qəzza şəhərində sakinlərə evakuasiya əmri verildi

Qəzza şəhəri ərazilərində sakinlərə evakuasiya əmri verilib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, İsrail ordusu Qəzza şəhərinin Sabra, Rimal, Tel əl-Hava və Dərac məhəllələri də daxil olmaqla bir sıra bölgələrində fələstinlilər üçün yeni təxliyə əmri verib.

Sakinlərə Qəzza zolağının cənub ucunda, daha əvvəl İsrail ordusunun hücumuna məruz qalmış əl-Mavasi bölgəsində yerləşən “humanitar zonaya” getmələri bildirilib.

Son təxliyə əmri İsrail ordusunun Qəzza şəhərinə hücumlarını gücləndirdiyi bir vaxta təsadüf edir.

Həmçinin bu gün səhər tezdən o, cənub və qərb rayonlarında, şərqdəki Şucaeya məhəlləsində isə yeni reydlərə başlayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Oktyabr 2024