• Bakı 29° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Leyboristlərin qələbəsi: Verilən vədlər yerinə yetirilməsə...

SİYASƏT

05 Iyul 2024 | 14:15

Leyboristlərin qələbəsi: Verilən vədlər yerinə yetirilməsə...

Xəbər verdiyimiz kimi, iyulun 4-də Böyük Britaniyada parlament seçkiləri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, nəticələrə görə Leyboristlər Partiyası parlametdə ən çox yer qazanan tərəf olub. Artıq Baş nazir Rişi Sunak da vəzifəsindən istefa verib, bu posta Keir Starmerin təyin ediləcəyi gözlənilir.

Bəs bu seçkilər Britaniyada daxili və xarici siyasətdə nələri dəyişəcək?

Bu sualın cavabını tapmaq üçün Bakıvaxt.az saytı politoloq Tural Əliyevə müraciət edib.

Politoloq daxili siyasətdə böyük dəyişikliklərin olacağını proqnazlaşdırır. Müsahibimiz qeyd edib ki, “Leyboristlər”in şüarı onsuz da “dəyişiklik” idi, yeni hakim qüvvə dəyişiklik siyasətini daha çox xalqın rifahı və sosial-iqtisadi sahədə tətbiq edəcək.

Onun sözlərinə görə, İngiltərəyə COVİD-19 pandemiyasından sonra böyük miqrant axını baş verib ki, bu da xalq tərəfindən narazılıqlara səbəb olub. Leyboristlər elə məhz bu xüsusda ciddi addımlar atmağı planlaşdırırlar:

Tural Əliyev, politoloq

“Bu gün “Mühafizəkarlar”ın 14 illik hakimiyyətinə son qoyuldu. Onlar vətəndaşların etimadını doğrultmadı. İngiltərə xalqı investisiyaların azalması, maaşların aşağı səviyyəyə salınması kimi nüanslardan narazılıq nümayiş etdirirdi”.

Politoloq qeyd edib ki, “Leyboristlər”ə ümidlər böyükdür. Lakin “Leyboristlər” tərəfindən verilən vədlər yerinə yetirilməsə, növbədənkənar seçkilər keçirilə bilər.

Britaniyanın xarici siyasəti məsələsinə də toxunan Tural Əliyev, ölkənin xarici siyasətində ciddi dəyişiklik olmayacağını vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR