• Bakı 29° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Şimali Makedoniya türkləri assimilyasiya prosesindən narahatdır

DÜNYA

05 Iyul 2024 | 14:39

Şimali Makedoniya türkləri assimilyasiya prosesindən narahatdır

Şimali Makedoniya türkləri milli kimliklərindən uzaqlaşdırılmaqdan narahatdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber”-ə açıqlamasında Şimali Makedoniya deputatı Saleh Murad bildirib.

Açıqlamada qeyd edilib ki, Şimali Makedoniya hökuməti türklərin təqdim etdiyi təkliflərə laqeyd yanaşır. Hökumətin illərdir türklərin dil və milli kimliklərini uzaqlaşdırma siyasəti yeritdiyini bildirən deputat bu prosesin “etnik ayırımçılıq” olduğunu vurğulayıb.

" Türklərin üzləşdiyi çoxlu haqsızlıqlar, qanunsuzluqlar və ayrı-seçkilik var. Yaşadığımız ayrıseçkiliyin əsas nüanslarından biri də təhsil məsələsidir. Bizim rəsmi türk dili problemimiz var. Bundan başqa dini azadlıqlar da məhdudlaşdırılır”-, deyə Saleh Murad əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR