• Bakı 30° C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

“Beril” qasırğası 260 mindən çox insana ziyan vurub

DÜNYA

05 Iyul 2024 | 15:31

“Beril” qasırğası 260 mindən çox insana ziyan vurub

 Karib hövzəsinə təsir edən Beril qasırğasından 260 mindən çox insan zərər çəkib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

BMT-nin Humanitar Yardım Komissiyasının mətbuat katibi Vanessa Huqe Karib hövzəsinə  təsir edən Beril qasırğasından 260 mindən çox insanın zərər çəkdiyini və məsələ ilə bağlı qiymətləndirmələrin davam etdiyini bildirib.

"Zərərin tam miqyasını görə bilməmiz üçün qiymətləndirmələr davam edir. Hazırkı hesablamalara görə, Sent Vinsent və Qrenadalarda təxminən 40 min, Qrenadada 100 mindən çox və Yamaykada 120 min insan zərər çəkib. Bununla belə, biz hələ də fövqəladə vəziyyətin ilk günlərində, "Buna görə bu rəqəmləri ehtiyatla qəbul etmək lazımdır. Onları qiymətləndirməyə davam edəcəyik və ümid edirik ki, proses irəlilədikcə daha aydın bir şəkil əldə edəcəyik." -, deyə Komissiya sözçüsü əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR