• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qadi: "Netanyahunun yolu qələbəyə aparmır"

DÜNYA

05 Iyul 2024 | 17:29 | Müəllif: Gülşən Şərif

Qadi: "Netanyahunun yolu qələbəyə aparmır"

"Netanyahu əsir mübadiləsi və atəşkəslə bağlı razılığa gəlmək, hökumət tərəfindən qəbul edilməsi üçün tələb olunan strateji liderlik səviyyəsində deyil".

Bakıvaxtı.az "CNN"əistinadənxəbər verir ki, bunu İsrailin keçmiş Baş Qərargah rəisi Qadi Eisenkot deyib.

O, açıqlamasında baş nazir Benyamin Netanyahunun həddindən artıq sağ koalisiya ortaqları olduğunu və izlədiyi yolun qələbəyə aparmadığını bildirib.

"İsrail məhbus mübadiləsi razılaşmasına ən yaxın nöqtəyə gəlib. Lakin bu yaxınlaşmanın Netanyahu tərəfindən qəbul edilməsi şübhə doğurur. Bu gün İsrailin qərar qəbul edə bilməyən hökuməti var. Bütün hallarda mümkün razılaşma İsrailin bir neçə ay ərzində müharibəni dayandırmasına təkan verə bilər", - deyə Eisenkot vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026