• Bakı 30° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8241

    RUB - 0.0196

Bayden hakimiyyətdən getsə, yerinə kim gələcək? - SORĞU

SİYASƏT

01 Iyul 2024 | 12:00

Bayden hakimiyyətdən getsə, yerinə kim gələcək? - SORĞU

ABŞ prezidenti Co Baydenin Donald Tramp debatındakı çıxışından sonra demokratlar arasında "yeni namizəd kim olmalıdır" mövzusunda müzakirələr başlayıb.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, mübahisəli debatdan sonra vətəndaşlar arasında sorğu keçirilib.

Sorğunun nəticəsinə görə Bayden hakimiyyətdən gedərsə, onu əvəzləyəcək şəxs vitse-prezident Kamala Harris olacaq.  Demokrat seçicilərin əksəriyyəti Harrisin ən yaxşı seçim olacağını düşünür. 

Bununla yanaşı, Demokratlar arasında Harrisin kifayət qədər məşhur olmadığını düşünənlər var. İddia olunur ki, 2020-ci il seçki kampaniyası zamanı adı gündəmə gələn Harris son 4 ildə gözlənilən performansı göstərə bilməyib. 

Demokratlar Partiyasının yüksələn ulduzu kimi görünən 56 yaşlı Kaliforniya qubernatoru Gavin Newsom da Baydenin ən böyük dəstəkçilərindən biridir. Ötən ilki Respublikaçı Florida qubernatoru Ron De Santis ilə canlı yayım debatından sonra  Newsom gələcəyin prezidenti kimi görülüb.

Sorğuya əsasən, bəzi demokratlar tərəfindən adı önə çəkilən şəxslərdən biri də keçmiş birinci xanım Mişel Obamadır. Mişel Obama isə Amerika mətbuatına verdiyi müsahibədə mühüm rol almaq istəmədiyini bildirib.

Qeyd edək ki, Virciniya ştatında seçki mitinqi keçirən Respublikaçılar Partiyasının namizədi Donald Tramp Baydenin yerinə keçmə ehtimalı olan namizədləri tənqid edib. O, adı çəkilən siyasətçilərin Baydendən zəif olduğunu iddia edərək, Kaliforniya qubernatoru Gavin Newsomun Kaliforniyanı idarə edə bilməyəcəyini açıqlayıb.

“İnanmaq çətindir, amma Co Baydenin səsləri bütün bu adlardan daha yaxşıdır" - deyə Tramp vurğulayıb.

Gülşən Şərif 


SON XƏBƏRLƏR

02 Iyul 2024