• Bakı 25° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Builki parlament seçkisi tarixi əhəmiyyət kəsb edəcək - AÇIQLAMA

SİYASƏT

01 Iyul 2024 | 16:09

Builki parlament seçkisi tarixi əhəmiyyət kəsb edəcək - AÇIQLAMA

"Hər bir ölkə üçün prezident və parlament seçkiləri olduqca vacibdir. Ələlxüsus, ona görə ki, hazırda MDB məkanında, Avrasiyanın orta xəttində, Şərqi Avropadan tutmuş ta Çinə qədər olan ölkələrdə beynəlxalq aktorların mübarizəsi genişlənməkdədir".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, baş verən proseslər öz dinamikliyi ilə seçilir və belə məqamda istənilən ölkədə keçirilən seçkilər kənardakı güclər tərəfindən də diqqətlə izlənilir:

"2024-cü ilin fevral ayında növbədənkənar prezident seçkisi ilk dəfə olaraq 86.6 min kv.km ərazidə, bütün şəhərlərimizdə keçirildi. Növbədənkənar parlament seçkisi də bütün ərazilərimizdə ilk dəfə baş tutacaq. Bu, həm də seçicilərin öz yaşadıqları ünvanda - Xocalıda, Xankəndidə, Əskəranda, Qubadlıda, Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərdə ilk dəfə səsvermə hüququndan istifadə etməsi deməkdir. Eyni zamanda deputatlığa namizədlər ilk dəfə olaraq həmin rayonlarda fiziki olaraq seçki təbliğatı aparacaqlar. Bu, tarixi əhəmiyyət kəsb edən prosesdir”.

Müsahibimiz qeyd edib ki, növbədənkənar parlament seçkiləri yeni siyasi konfiqurasiya, yeni siyasi palitra fonunda keçirilməkdədir. Çünki son zamanlar ölkə daxilində siyasi institusional istiqamətdə bir sıra dəyişikliklərin, islahatların şahidi olduq. Siyasi partiyalarla, QHT-lərlə, ayrı-ayrı ictimai təşkilatlarla dövlət ciddi və sistematik şəkildə ideloji iş aparmaqdadır.

Zaur Məmmədov, politoloq

Analitik vurğulayıb ki, dünyanın əksər ölkəsində baş verən siyasi-ictimai gərginliyə, kənar müdaxilələrin yaratdığı böhranlara nəzər yetirsək, Azərbaycanda bu sahədə vəziyyətin necə olduğunu görərik%

"Ukraynada, Gürcüstanda, Moldovada, Mərkəzi Asiya ölkələrində cərəyan edən proseslər göz önündədir. Azərbaycan həmin dövlətlərlə eyni ildə müstəqilliyini əldə etsə də, siyasi hakimiyyətlərin yanlış qərarlarından dolayı o ölkələrdə siyasi-ictimai sahədə vəziyyət pisləşib. Problem odur ki, həmin dövlətlər vahid sistemli, eyni ideoloji cəbhədə olan vətəndaş birliyini yarada bilmədilər. Azərbaycan hökumətinin əldə etdiyi ən böyük uğurlardan biri odur ki, daxildəki parçalanmaların qarşısını uğurla ala bildi. Prezident Admininstrasiyasında birbaşa siyasi partiyalarla işləyən ayrıca şöbə yaradıldı və nəticədə siyasi partiyalar milli məsələlərdə həmrəy düşüncəyə gəlməyi bacardılar. Budəfəki parlament seçkilərində siyasi partiyalar yeni konfiqurasiyada nəyə qadir olduqlarını göstərmək imkanına sahib olacaqlar".

Aydın Baxış


SON XƏBƏRLƏR

03 Iyul 2024