• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

CƏMİYYƏT

03 Iyul 2024 | 17:45

4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Sosial şəbəkə platformalarında və xəbər portallarında Bakıda ananın dörd uşağını küçəyə atması ilə bağlı məlumat dərhal aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülərək araşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, qadının kimliyi müəyyən olunub.

    "Öncə uşaqlar müayinə və müalicə üçün xəstəxanaya yerləşdiriliblər. Qadın isə ərazi üzrə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun övladlarından imtina etməsinin səbəbləri araşdırılır", - deyə o qeyd edib.


    SON XƏBƏRLƏR

    05 Iyul 2024