q
  • Bakı 17° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Naxçıvanda ilk dəfə peşə təhsili müəssisələrinə işə qəbul imtahanı keçirilib

CƏMİYYƏT

02 Avqust 2024 | 15:50

Naxçıvanda ilk dəfə peşə təhsili müəssisələrinə işə qəbul imtahanı keçirilib

Bu gün 2024-2025-ci il tədris ili üçün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşdirilmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-ın Naxçıvan bürosuna bildirilib ki, onlayn formada “portal.edu.az” elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçən 22 namizəddən 19-u müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. 150 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas modulları, tədris metodikası və təlim strategiyaları üzrə test tapşırıqlarını cavablandırıblar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.


SON XƏBƏRLƏR

09 May 2026