• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Terror aktı nəticəsində 3 İsrail polisi həlak olub

CƏMİYYƏT

01 Sentyabr 2024 | 12:05

Terror aktı nəticəsində 3 İsrail polisi həlak olub

Bu gün səhər saatlarında İordan çayının qərb sahilinin cənubundakı Tarkumiya şəhəri yaxınlığında terror aktı nəticəsində üç İsrail polisi həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail polisindən bildirilib.

Məlumata görə, fələstinli silahlı şəxslər İordan çayının qərb sahili ilə İsrail arasındakı keçid məntəqəsinin şərqində polis maşınına atəş açıblar və hadisə yerindən qaçıblar. Nəticədə 3 polis ölüb, 3 nəfər ağır yaralanıb.

İsrail polisinin komissarı Denni Levi bildirib ki, həlak olanlar İordan çayının qərb sahilindəki polis zabitləridir.

İsrail Müdafiə Qüvvələri (IDF) şübhəli şəxslərin axtarışlarının başladıldığını deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026