• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda bəzi hotellərin ulduzları azaldıldı

CƏMİYYƏT

01 Oktyabr 2024 | 10:52 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda bəzi hotellərin ulduzları azaldıldı

Bakıda bəzi hotellərdə aparılan yoxlamalar nəticəsində həmin obyektlərin ulduz standartlarına dəyişiklik edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tədbirlər nəticəsində bu qərar verilib.

Məlum olub ki, bəzi hotellər 3, 4, 5 ulduz standartlarına cavab vermədiyi təqdirdə reklam lövhələrinə və digər marketinq materiallarında daha çox ulduz işarələrindən istifadə edib.
Həyata keçirilən tədbirlərlə standartlardan kənar olan hotellərdəki ulduzlar ya tamamilə ləğv edilib, ya da sayları azaldılıb.

Bu tədbirlər Bakının mərkəzi ilə yanaşı paytaxtın ətrafını və rayonları da əhatə edib.

Kərim Abbaszadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026