• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB

CƏMİYYƏT

02 Avqust 2024 | 17:02 | Müəllif: Əli Hüseynov

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB

Avqustun 2-si saat 16:30-a olan məlumata əsasən Daşkəsən, Balakən, Qax, Qusar, Ceyrançöl, Zaqatala, Şəki, Qrız, Şahdağda arabir yağış yağıb, şimşək çaxıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Cənub-şərq küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Goranboyda 19 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-də 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.

***

09:45


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-də 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.

Avqustun 2-si saat 9:00-a olan məlumata görə əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 29 mm, Zaqatala 4 mm, Gədəbəy, Ceyrançöl, Balakən, Şəkidə 2 mm, Qusar, Qrızda 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 21 m/s, Şahdağda 20 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, Naxçıvan MR-da 33-36, Aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026