2018-ci ilin iyun ayında sökülən Bayraq meydanı hazırdı.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu gün Azərbaycan bayrağı test məqsədilə qaldırılıb.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanının açılışı 2009-cu ildə olub. Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb.
Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanın ərazisi 20000 kv.m-dir.
Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Murad Məmmədli