• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Pakistan 800 min qaçqını deportasiya edəcək

DÜNYA

03 Iyul 2024 | 16:41

Pakistan 800 min qaçqını deportasiya edəcək

Pakistan üç mərhələdən ibarət deportasiya planının ikinci mərhələsinə başlayıb. 

Bakıvaxtı.az Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, plan çərçivəsində ölkədə yaşayan 800 min əfqan qaçqının deportasiya ediləcəyi açıqlanıb.

Planın birinci mərhələsinə uyğun olaraq, Pakistan noyabr ayında 541 min qaçqını deportasiya edib. Planın ikinci mərhələsində deportasiya edilən insanların sayı iki dəfə artırılıb.

"Amnesty International"a bağlı qaçqın və immiqrant hüquqları müdafiəçisi Ceyms Cennion bildirib ki, bu qərar Pakistan daxilində 800 mindən çox əfqan qaçqının həyatını təhlükə altına salır:

"Pakistanın əfqan qaçqın əhalisini deportasiya etmək planı üç hissədən ibarətdir. Ötən il həyata keçirilən birinci mərhələ ölkədəki bütün sənədsiz əfqan qaçqınların deportasiyası ilə başa çatıb. Hazırda həyata keçirilən ikinci mərhələ Pakistan tərəfindən verilmiş Əfqan Vətəndaş Kartı (AVK) ilə bütün sığınacaq axtaran şəxslərin zorla deportasiyasını nəzərdə tutur. Qarşıdan gələn üçüncü mərhələ BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsi (PoR) olan  hər hansı əfqanın deportasiyası ilə tamamlanacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Iyul 2024