• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azyaşlıya İŞGƏNCƏ: Ata və nənə saxlanıldı

DÜNYA

02 Avqust 2024 | 15:56

Azyaşlıya İŞGƏNCƏ: Ata və nənə saxlanıldı

Türkiyədə 6 yaşındakı uşağa işgəncə edən ata və nənə saxlanılıb.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Düzcenin Osmaniye mahalının Akçakoca rayonunda uşağın işgəncəyə məruz qaldığını görən qonşular həmin anları mobil telefonları ilə lentə alıblar.

Belə ki, görüntülərdə evin bağçasında əlləri kəndirlə bağlanan uşağın nənəsi və atası tərəfindən döyülməsi və təhqir edilməsi əks olunub.

Bildirilib ki, nənə və ata nəzarətə götürülüb, uşaq isə mühafizə altına alınıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR