• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıldı

DÜNYA

02 Avqust 2024 | 15:10

Türkiyə səfirinin müavini İsrail XİN-ə çağırıldı

Fələstinin HƏMAS hərəkatı Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyinin binası üzərindəki dövlət bayrağı yarıya kimi endirilib. Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə səfirinin müavinini Xarici İşlər Nazirliyinə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrael Katz “X” sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, Türkiyə səfirinin müavininə səfirlik binası üzərindəki bayrağın endirilməsi ilə əlaqədar İsrail tərəfinin etirazı çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR