• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Rumıniyalı diplomat ölkədən niyə çıxarılır? - Rusiya XİN

DÜNYA

03 Iyul 2024 | 17:09

Rumıniyalı diplomat ölkədən niyə çıxarılır? - Rusiya XİN

Moskva Rumıniya diplomatik missiyasının əməkdaşını cavab addımı ilə ölkədən çıxarmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Rumıniyanın Rusiyadakı səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirlik bu addımın Buxarestin hücuma keçmək qərarına cavab olduğunu bildirib:

"Rusiya Xarici İşlər Nazirliyi iyulun 3-də Rumıniyanın Moskvadakı səfiri Kristian İstrateni çağırıb və ona Rumıniyanın diplomatik əməkdaşının persona non qrata elan edilməsi barədə məlumat verib", - XİN qeyd edib.

Qeyd edək ki, mayın 24-də Rumıniya Xarici İşlər Nazirliyi ölkə hökumətinin Rusiya səfirliyinin diplomatını “1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd hərəkətlərə görə” persona non-qrata elan etmək barədə qərarını açıqlayıb. Rusiyanın Buxarestdəki səfirliyi ittihamları əsassız adlandırıb. Moskva xəbərdarlıq edib ki, bundan sonra müvafiq cavab veriləcək.

Günel Abbas


SON XƏBƏRLƏR

05 Iyul 2024