• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Pakistana enerji tədarükünü artırmağa hazırıq - Putin

DÜNYA

03 Iyul 2024 | 15:54

Pakistana enerji tədarükünü artırmağa hazırıq - Putin

Rusiya ilə Pakistan arasında iqtisadi əlaqələr inkişaf edir və ticarət dövriyyəsi yüksəlir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pakistanın baş naziri Şehbaz Şəriflə görüşündə bildirib.

O qeyd edib ki, ölkələrimiz arasında əlaqələr işgüzar dostluq şəraitində inkişaf edir:

“Mən ticarət dövriyyəsinin artdığını qeyd edirəm və orada bizim perspektivlərimiz çox yaxşıdır. Bu, ilk növbədə energetika və aqrar-sənaye sahəsində əməkdaşlıqdır. Enerji resurslarımızın Pakistana çatdırılmasına başlanılıb və biz onları artırmağa hazırıq” , - Putin bildirib.

V.Putin vurğulayıb ki, Rusiya Pakistanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməyə çalışır:

"Biz Pakistan bazarına taxıl tədarükünü artırırıq", - dövlət başçısı əlavə edib.

Günel Abbas


SON XƏBƏRLƏR

05 Iyul 2024