• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Zelenski Trampa çağırış etdi: "Sülh planını açıqla!"

DÜNYA

03 Iyul 2024 | 17:48

Zelenski Trampa çağırış etdi: Sülh planını açıqla!

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd, keçmiş dövlət başçısı Donald Trampa çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski Trampdan sülh planını ictimaiyyətə açıqlamasını istəyib.

Ukrayna lideri ABŞ-ın keçmiş prezidentinin təkliflərini şəxsən dinləmək üçün onunla görüşməyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, “Politico” nəşrinin məlumatına görə, prezidentliyə namizəd D.Tramp NATO-nun daha şərqə doğru genişlənməyəcəyini nəzərdə tutan sazişi nəzərdən keçirir. Həmçinin Rusiya prezidenti Vladimir Putinlə “Moskvanın Ukrayna ərazisinin nə qədərini saxlaya biləcəyi” barədə danışıqlar aparır.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə əsas namizədlər Trampla hazırkı prezident Co Baydenin olacağı gözlənilir. Son sorğulara görə, Tramp Baydeni üstələhyir.


SON XƏBƏRLƏR

05 Iyul 2024