• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyada binada partlayış: ölənlər arasında uşaqlar da var

DÜNYA

02 Avqust 2024 | 17:45 | Müəllif: Əli Hüseynov

Rusiyada binada partlayış: ölənlər arasında uşaqlar da var

Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyindən bildirilib ki, ölənlərdən ikisi uşaqdır.

İndiyədək aralarında 7 uşaq olmaqla, 15 nəfər dağıntılar altından çıxarılıb. Hadisə nəticəsində 6 nəfər ölüb.

Ölənlərdən 3 nəfərin azyaşlı olduğu bildirilib.

Qeyd edək ki, axtarış-xilaetmə işlərinə ümumilikdə 550 nəfər mütəxəssis cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026