• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

DÜNYA

03 Iyul 2024 | 18:24

Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

Qərb Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməklə, onları Rusiya ilə əməkdaşlıqdan qoparmaq istəyir. Onların reseptlərinin Qafqazda tətbiq edilməsi regionda yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır.

Bakıvaxtı.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.

"Amerikalıların öz dağıdıcı təsirlərini dünyanın bütün regionlarına yaymaq cəhdlərinin daha bir nümunəsi budur. Vaşinqton Avropadakı zəif iradəli əlaltılarının qarşısına dostlarımızı və qonşularımızı Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmaq vəzifəsini qoyur. Avroatlantiklərin regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan reseptlərini tətbiq etmələri Cənubi Qafqazda yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır. Və bu, təkcə region üçün deyil, bütövlükdə Avrasiya təhlükəsizliyi üçün də dağıdıcı nəticələrə səbəb olacaqdır. Ümid edirik ki, Bakı və İrəvan bunu yaxşı başa düşür", - o bildirib./axar.az


SON XƏBƏRLƏR

05 Iyul 2024