• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Misirdə yeni hökumət and içib
 

DÜNYA

03 Iyul 2024 | 17:31

Misirdə yeni hökumət and içib

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, keçmiş hökumət kabinəsində vəzifə tutan 20-dən çox nazir vəzifəsindən kənarlaşdırılıb. 10 nazir isə öz postunu qorumağı bacarıb.

Bir sıra nazirliklər ləğv edilib, yeni hökumət tərəfindən İnvestisiya Nazirliyi yaradılıb.

Qeyd edək ki, iki ay əvvəl üçüncü səlahiyyət müddətinə başlayan Misir Prezidenti Əbdülfəttah əs-Sisi iyunun əvvəlində Mustafa Madbuliyə yeni kabineti formalaşdırmağı tapşırmışdı.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026