• Bakı 31° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

İlk dəfə insanın sinir sisteminə qoşulan protezlər sınaqdan keçirilib

DÜNYA

03 Iyul 2024 | 17:42

İlk dəfə insanın sinir sisteminə qoşulan protezlər sınaqdan keçirilib

Massaçusets Texnologiya İnstitutunun amerikalı alimləri insanın sinir sisteminə qoşulmuş kibernetik protezlərin ilk dəfə sınaqlar seriyasını həyata keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqat “Nature Medicine” elmi jurnalında dərc olunub.

Mütəxəssislər qeyd ediblər ki, elektron cihazın insan sinirlərinə qoşulması agonist-antaqonist miyonöral interfeys (AMİ) adlı yeni əməliyyat sayəsində mümkün olub.

Məlumata görə, bu, istifadəçiyə süni əzanı bədənin canlı hissəsi qədər dəqiq idarə etməyə imkan verir.

Onun mahiyyətinin qalıq ətrafdakı əzələləri bionik protezlə yenidən birləşdirmək olduğunu bildirilib.

Qeyd olunub ki, hərəkət üçün göstərişləri çatdıran mərkəzi sinir sistemindən gələn elektrik siqnalları süni ayaqdakı elektrodlar vasitəsilə aşkar edilə bilər.

Siqnallar protezdəki robot nəzarətçi tərəfindən götürülərək yerişi və ya yerimə tərzini idarə etməyə imkan verir. Xəstənin protezinin mövqeyi və hərəkəti ilə bağlı siqnallar daha sonra sinir sisteminə qaytarılır.

Belə ki, təcrübələrdə yeni tipli bioelektrik (bionik) ayaq protezləri alan yeddi xəstə iştirak edib. AMI əməliyyatından sonra onlar eyni protezlərlə, lakin elektrodları sinirlərə bağlamadan insanlardan daha sürətli yeriyə biliblər.

Bionik ayaqların bəzi sahibləri sağlam insanlarla müqayisə edilə bilən bir yerimə sürətinə nail ola biliblər.

AMI proseduru həmçinin protez taxanlara adi bionik protezlərdən istifadə edənlərə nisbətən maneələri keçməyə və pilləkənləri daha təbii şəkildə qalxmağa imkan verib.

Tədqiqatçılar qeyd ediblər ki, müasir “ağıllı” protezlər artıq zədədən sonra insanın imkanlarını xeyli dərəcədə bərpa etməyə qadirdir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Iyul 2024