• Bakı 32° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

BMT: Sudanda qida təhlükəsizliyi səviyyəsi ən minimal həddədir

DÜNYA

03 Iyul 2024 | 15:38

BMT: Sudanda qida təhlükəsizliyi səviyyəsi ən minimal həddədir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanın son 20 il ərzində ən qorxulu qida təhlükəsizliyi vəziyyəti ilə qarşılaşdığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Yardım Koordinasiyası Ofisinin mətbuat katibi Vanessa Huqe məlumat verib.

Məlumatda  Sudanın cənub-qərbindəki Sinnar əyalətində yerləşən Sinca bölgəsindəki atışmalar və Əbu-Həcər, Dali bölgələrindəki təhlükəsizlik problemləri səbəbindən 60 mindən çox insanın yaşadığı yeri tərk etdiyini qeyd edilib.

Sudan ərazisində vəziyyətin kritik olduğunu diqqətə çatdıran mətbuat katibi ərazidə qida təhlükəsizliyinin minimal həddə endiyini, bu halın son 20 ildəki ən maksimum hədd olduğunu deyib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Iyul 2024