• Bakı 18° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Türkiyənin vitse-prezidenti Azərbaycanda səfərdədir

SİYASƏT

06 Iyul 2024 | 09:57

Türkiyənin vitse-prezidenti Azərbaycanda səfərdədir

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə iyulun 6-da Azərbaycana səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.AZƏRTAC 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR