İngiltərənin yeni baş naziri Keir Starmer vəzifəsinin ilk günündə dünya liderləri ilə telefon danışıqları aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş nazirin ofisindən məlumat verilib.
Bildirilib ki, Stramer ABŞ Prezidenti Co Bayden, Ukrayna Prezidenti Vladimir Zelenski, İtaliya Baş naziri Giorgia Meloni, Avropa Birliyi Liderləri ilə əlaqə saxlayıb, həmçinin onların təbriklərini qəbul edib.
Bayden-Starmer arasındakı dialoqda ABŞ-Böyük Britaniya münasibətləri, geosiyasi proseslər və Ukraynaya dəstək kimi məsələlər müzakirə edilib.
Diplomatlar gələn həftə Vaşinqtonda görüşəcək. Onlar NATO sammitdə görüşmək barədə razılığa gəliblər.
Əli Hüseynov
















