• Bakı 26° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.878

    RUB - 0.0187

Harris Trampı QABAQLADI

DÜNYA

05 Avqust 2024 | 00:14

Harris Trampı QABAQLADI

ABŞ-nin vitse-prezidenti Kamala Harris 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə səs verəcək vətəndaşlara dəstək baxımından keçmiş dövlət başçısı Donald Trampı qabaqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "CBS News"un "YouGov" təşkilatı ilə birgə keçirdiyi sosioloji sorğunun nəticələrinə istinadən məlumat yayılıb. 

Sorğu iyulun 30-dan avqustun 2-dək aparılıb. Ümumilikdə sorğuda 3102 qeydə alınmış seçici iştirak edib, səhv fərqi təxminən 2,1 bal təşkil edib.

Respondentlərin 50%-i Harrisə səs verməyə hazır olduqlarını bildiriblər. Eyni zamanda, sorğunun keçirildiyi gün birbaşa səsvermə keçirilsəydi, respondentlərin 49%-i Trampı dəstəkləyəcəkdi.

Analitiklər müəyyən ediblər ki, bu halda Harrisi vətəndaşların 49%-i dəstəkləyəcək. Tramp və kiçik Kennedi öz növbəsində müvafiq olaraq 47% və 2% səs alacaqdılar.


SON XƏBƏRLƏR

11 Sentyabr 2024