• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Nigeriyada terrorçular 81 sakini qətlə yetirib

DÜNYA

03 Sentyabr 2024 | 23:10 | Müəllif: Subhan Mahmudov

Nigeriyada terrorçular 81 sakini qətlə yetirib

Sentyabrın 1-də “Boko Haram” radikal islamçı terror qruplaşmasının yaraqlılarının Nigeriyanın şimal-şərqindəki Mafa kəndinə hücumu nəticəsində azı 81 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Agence France-Presse” kəndin yerləşdiyi Yobe ştatının hökumət rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 150-yə yaxın silahlı kəndə sentyabrın 1-də yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 19:00) hücum edib. Onlar motosikletlə kəndə daxil olaraq tapança və əl qumbaralarından istifadə ediblər. Yaralıların sayı açıqlanmır.

“Boko Haram” 2002-ci ildə Nigeriyanın şimalında yaranıb və mərkəzi Borno ştatında yerləşir. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri “Boko Haram”ı böyük məğlubiyyətə uğradıb və onun nəzarətində olan əraziləri xeyli azaldıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026