• Bakı 26° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

ABŞ-da "Helen" qasırğası: ölənlərin sayı 200-ə çatdı

DÜNYA

03 Oktyabr 2024 | 22:37

ABŞ-da Helen qasırğası: ölənlərin sayı 200-ə çatdı

ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 200-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AP agentliyi xəbər verib.

Xilasedicilər hələ də çoxlu insan itkin düşmüş hesab edildiyindən ölənlərin sayının arta biləcəyini istisna etməyiblər.

Təbii fəlakət ilk növbədə altı ştata - Şimali Karolina, Corciya, Cənubi Karolina, Florida, Tennessi və Virciniyaya təsir edib

Oktyabrın 3-ü səhər saatlarına olan məlumata görə, ABŞ-də təxminən 1 milyon insan işıqsız qalıb. Onların əksəriyyəti Cənubi və Şimali Karolina sakinləridir.


SON XƏBƏRLƏR

30 Iyun 2025