• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

İsrail ordusu Beyruta hücum etdi

DÜNYA

03 Oktyabr 2024 | 19:14

İsrail ordusu Beyruta hücum etdi

İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah"ın Beyrutdakı kəşfiyyat qərargahına və rabitə mərkəzinə hücum edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə IDF-ın Telegram kanalında bildirilib.

"Bir müddət əvvəl hərbi kəşfiyyat məlumatları əsasında Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutdakı "Hizbullah" terror təşkilatının kəşfiyyat qərargahının hədəflərinə hücum edib", - məlumatda deyilir.

Həmçinin o da bildirilir ki, hərəkatın üzvləri, kəşfiyyat toplama vasitələri, komanda mərkəzləri və "Hizbullah"ın digər infrastrukturu hücuma məruz qalıb.

Məlumatda hücuma məruz qalan kəşfiyyat qərargahının "Hizbullah"ın İsrail və IDF haqqında məlumat toplamaqdan məsul olan əsas kəşfiyyat orqanı olduğu da qeyd olunub./apa


SON XƏBƏRLƏR

20 Dekabr 2024