• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransa sahillərində qayıq qəzasında 10 miqrant öldü

DÜNYA

03 Sentyabr 2024 | 20:52 | Müəllif: Subhan Mahmudov

Fransa sahillərində qayıq qəzasında 10 miqrant öldü

La-Manş boğazından Böyük Britaniya istiqamətində üzən qayığın Fransa sahillərində qəzaya uğraması nəticəsində 10-a yaxın miqrant həlak olub.

Bakıvaxtı.az fransız mediasına istinadla xəbər verir ki, içərisində təxminən 70 nəfərin olduğu qayıq bu gün səhər saatlarında batıb. Fransanın şimalındakı Pa-de-Kale departamentinin Le Portel kommunasının hakimiyyət orqanları genişmiqyaslı xilasetmə əməliyyatı aparır. Sudan sağ çıxarılanların bir çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Xilasedici helikopterlərin enə bilməsi üçün sahildəki çimərlik bağlanıb. Hadisə yerində polis, xilasedicilər və təcili yardım xidməti fəaliyyət göstərir. Fransanın daxili işlər nazirli Cerald Darmaninin də hadisə yerinə gələcəyi gözlənilir.

Yaralılar Bulon-sur-Mer şəhərindəki xəstəxanalara çatdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026