Kuba Xarici İşlər Nazirliyi ABŞ-nin hərbi, maddi-texniki və siyasi dəstəyi ilə İsrailin Yaxın Şərqdə apardığı aqressiv siyasətdən narahat olduqlarını bildirib və bu təcavüzün dayandırılmasına çağırıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Kuba Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda İsrailin təcavüzünün regional sabitlik və etimadı təhlükəyə atdığı, buna son qoyulmalı olduğu bildirilib.
Bəyanatda İsrail Hökumətin Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarına rəğmən Fələstin xalqına qarşı “vəhşi” soyqırımını davam etdirdiyi vurğulanıb:
"İsrail atəşkəs danışıqlarına diqqət yetirmək əvəzinə, Livan,Suriya və Yəmənə qarşı məsuliyyətsiz hücumlarını artırdı”,- deyə açıqlamada qeyd edilib.
Əli Hüseynov