• Bakı 20° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Xankəndidə xeyli silah-sursat aşkarlandı  - DİN

HADİSƏ

06 Iyul 2024 | 10:09

Xankəndidə xeyli silah-sursat aşkarlandı  - DİN

29 iyun-5 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 78 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 22 qumbara, 2 mina, 32 alışdırıcı, 90 partlayıcı, 58 mərmi, 81 rabitə vasitəsi, 116 süngü-bıçaq, 16 binokl, 29 gecəgörmə cihazı, 1532 patron darağı, 6101 ədəd müxtəlif çaplı patron, 10 kiloqram barıt və digər sursatlar aşkar edilərək götürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in məlumatında bildirilib.

    Qeyd edilib ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.


    SON XƏBƏRLƏR

    04 Oktyabr 2024