• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Bakıda sərnişin avtobusu 10-dan çox maşını əzdi  - VİDEO

HADİSƏ

05 Avqust 2024 | 09:18

Bakıda sərnişin avtobusu 10-dan çox maşını əzdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi Yasamalda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə zamanı “TOYOTA CAMRY” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026