• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Gəncədə yaşayış binasında YANĞIN - YENİLƏNİB

HADİSƏ

03 Sentyabr 2024 | 12:44

Gəncədə yaşayış binasında YANĞIN - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının binanın 3-cü mərtəbəsindəki ikiotqalı mənzilin mətbəx hissəsində baş verdiyi müəyyən edilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 76 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb.

    Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

    ***

    10:41

    Gəncədə yanğın hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 9 mərtəbəli yaşayış binasın 3-cü mərtəbəsinin mətbəxində anidən yanğın başlayıb.

    Dərhal əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

     


    SON XƏBƏRLƏR

    14 Sentyabr 2024