• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Məktəbli qətlə yetirilib, həmyaşıdı saxlanılıb - YENİLƏNİB

HADİSƏ

03 Oktyabr 2024 | 10:35

Məktəbli qətlə yetirilib, həmyaşıdı saxlanılıb - YENİLƏNİB

Bakıda yeniyetmənin qətli ilə bağlı bəzi detallar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, oktyabrın 2-də saat 15:30 radələrində qətlə yetirilən şəxs Sabunçu rayonu 71 nömrəli məktəbin XI sinif şagirdidir. O, dərsdən kənar vaxtda qətlə yetirilib.

    Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.

    ***

    09:32

    Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbdə qeydə alınıb.

    Belə ki, məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.

    Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, cinayət əməlini törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


    SON XƏBƏRLƏR

    02 Iyul 2025