• Bakı 16° C

    2.11 m/s

DİN: Axtarışda olan 39 nəfər saxlanılıb

HADİSƏ

02 Noyabr 2024 | 10:05

DİN: Axtarışda olan 39 nəfər saxlanılıb

Noyabrın 1-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

    Noyabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 9 tüfəng, 3 patron darağı və 786 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Oktyabr 2026