• Bakı 30° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

AVRO-2024: Fransa növbəti yarımfinalçı olub - YENİLƏNİB

İDMAN

06 Iyul 2024 | 01:44

AVRO-2024: Fransa növbəti yarımfinalçı olub - YENİLƏNİB

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (5:3) fransızlar yarımfinala yüksələrək İspaniyaya rəqib olublar.

Qeyd edək ki, İspaniya - Portuqaliya matçı iyulun 9-u, saat 23:00-da start götürəcək.

 

01:30

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşündə əlavə vaxt başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

00:57

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşündə əlavə vaxt start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

00:51

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşünün əsas vaxtı 0:0 yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmada hər biri 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

 

00:53

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşündə ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, “Folksparkştadion"dakı matçda hesab açılmayıb.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

 

23:50

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşündə ilk hissə yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, “Folksparkştadion"dakı matçda hesab açılmayıb.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir.

23:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Hamburqdakı “Folksparkştadion" stadionunda keçirilir.

Görüşü ingiltərəli referi Maykl Oliver idarə edir


SON XƏBƏRLƏR

08 Iyul 2024