• Bakı 18° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Məsud Pezeşkian İranın prezidenti seçildi - YENİLƏNİB

DÜNYA

06 Iyul 2024 | 08:41

Məsud Pezeşkian İranın prezidenti seçildi - YENİLƏNİB

İranda keçirilən 14-cü prezident seçkilərinin ikinci turunun yekun nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

Yekun statistikaya əsasən, 49,8% seçici fəallığı ilə Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib.

Pezeşkian 16 384 403 (53,6%) səs toplayaraq qalib gəlib.

Səid Cəlili isə 13 538 179 səs toplayıb.

***

06:52

İranda növbədənkənar prezident seçkilərinin yekunlanmasından sonra səslərin sayımı davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, ən son məlumata görə səslərin sayımının ilkin nəticələri aşağıdakı kimidir:

Hesablanmış ümumi səslər: 23.646.138 səs

Məsud Pezeşkian: 12.704.910 səs

Səid Cəlili: 10.474.238 səs


SON XƏBƏRLƏR

04 Oktyabr 2024