• Bakı 29° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.8408

    RUB - 0.0193

Seçki qutularını daşıyan mikroavtobusu yandırdılar

DÜNYA

05 Iyul 2024 | 18:21

Seçki qutularını daşıyan mikroavtobusu yandırdılar

Sistan və Bəlucistan əyalətinin Saravan bölgəsində seçkiləri boykot edən vətəndaşlar seçki qutularını daşıyan mikroavtobusu yandırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

"Bu gün günorta saatlarında Səravan şəhərinin Sədiq Əkbər məscidində cümə namazına toplaşan bəlucların səsverməsi üçün oraya göndərilən 30 saylı seçki qutusunu daşıyan mikroavtobus yandırılıb", - məlumatda bildirilib.

Qeyd edək ki, İranın rəsmi dövlət mediası bu barədə məlumat yaymayıb.

Xatırladaq ki, bir neçə gün öncə İranın Sistan və Bəlucistan vilayətlərində naməlum şəxslər seçki qutularını daşıyan avtomobilə atəş açmışdılar.


SON XƏBƏRLƏR