• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Orban və Mirziyoyev arasında Şuşada danışıqlar olub

SİYASƏT

06 Iyul 2024 | 12:24

Orban və Mirziyoyev arasında Şuşada danışıqlar olub

Şuşada Macarıstanın Baş naziri Viktor Orban və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında ikitərəfli danışıqlar olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Liderlər Macarıstan-Özbəkistan əməkdaşlığının son illər əhəmiyyətli dərəcədə inkişaf etdiyini, iki ölkə arasında çoxsaylı iqtisadi layihələrin başlandığı 2021-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd ediblər”, - məlumatda qeyd edilib.

O əlavə edib ki, görüş zamanı V.Orban və Ş.Mirziyoyev ikitərəfli münasibətləri daha da gücləndirmək üçün yeni əməkdaşlıq sahələri barədə razılığa gəliblər.

İki ölkə liderlərinin görüşü yaxın saatlarda işinə başlayacaq Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti çərçivəsində baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026