• Bakı 12° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Elnur Allahverdiyev səfir olacaq?

SİYASƏT

05 Avqust 2024 | 10:56 | Müəllif: Qalib İbrahimoğlu

Elnur Allahverdiyev səfir olacaq?

Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinə namizədləri sırasında VI çağırış Milli Məclis deputatı Elnur Allahverdiyevin adının olmaması bəzi suallara rəvac verdi.

Belə ki, bəziləri E.Allahverdiyevin “vurulduğunu”, əksəriyyət isə başqa vəzifəyə təyinat alacağını iddia edir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, parlament seçkiləri ərəfəsində Elnur Allahverdiyev səfir təyin olunacaq. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun deputatlığıa namizədliyini irəli sürməsi Elnur Allahverdiyevin onun yerinə səfir təyin ediləcəyi ehtimalını artırır.

Qeyd edək ki, Elnur Allahverdiyev VI çaığrış Milli Məclis deputatıdır.  O. 17 saylı Yasamal 3-cü seçki dairəsindən deputat seçilib.

Elnur Allahverdiyev həm də biznesmen kimi tanınıb. “Kontakt home” şirkətinin ona məxsus olduğu deyilir.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR