• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

ABŞ-nin Ankaradakı səfiri Türkiyə ilə vidalaşıb

SİYASƏT

03 Sentyabr 2024 | 15:43

ABŞ-nin Ankaradakı səfiri Türkiyə ilə vidalaşıb

Türkiyədə səlahiyyət müddəti başa çatan ABŞ-nin Ankara səfiri Ceff Flake Türkiyə ilə vidalaşıb. 

Bakıvaxtı.az "Hurriyet"ə istinadən xəbər verir ki, bununla bağlı səfir sosial media hesabından paylaşım edib.

O, açıqlamasında Türkiyə rəsmiləri ilə birgə layihələri haqqında məlumat verib. Səfir 3 illik fəaliyyəti dövründə türk xalqı ilə amerika xalqı arasında əməkdaşlığı inkişaf etdirdiklərini bildirib.

"İki ölkə arasında etimad və qarşılıqlı hörmətin artırılması ikitərəfli tərəfdaşlığı dərinləşdirib. Milli Kəşfiyyat Təşkilatı (MİT) Rəyasət Heyətinin koordinasiyası ilə Ankarada baş tutan məhbus mübadiləsi məsələsinə də iki ölkə birlikdə NATO-nu gücləndirib. Qlobal ərzaq təhlükəsizliyini təmin edən Qara Dəniz Taxıl Təşəbbüsündə oynadığı rola görə Türkiyəyə minnətdarıq", - deyə səfir vurğulayıb.

Fleyk onu da qeyd edib ki, NATO-nun 2026-cı il sammiti Türkiyədə keçiriləcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR

14 Sentyabr 2024